2 Oktyabr 2014 17:34
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən şahmat üzrə Qran-Pri yarışının ilk turunda azərbaycanlı şahmatçılar Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun görüşü heç-heçə başa çatıb.

Trend-in məlumatına görə, hər iki şahmatçı mətbuat konfransında bu gün Avropa Liqası çərçivəsində "İnter"in qonağı olacaq Azərbaycan çempionu "Qarabağ"ın oyunundan danışıb.

T.Rəcəbov gələcəkdə futbol üzrə Azərbaycan millisinin də güclü nəticələr qazanacağını deyib: "Biz hər zaman idmançılarımızla təmasdayıq. Azərbaycan bayrağını yüksəldən hər bir idmançımızla fəxr edirik. Futbol klublarımızın uğuru gələcəkdə millimizi də gücləndirəcək. 10 il əvvəl kim deyərdi ki, şahmatçılardan ibarət Azərbaycan millisi iki dəfə Avropa çempionu olacaq. Klublarımızın uğuru gələcəkdə milliyə də təsir edəcək".

Ş.Məmmədyarov isə "Qarabağ"ın oyununa baxmağa çalışacağını deyib: "Azərbaycan çempionunun son nəticələri bizi sevindirir. Avrokuboklarda bütün oyunları izləyirəm. Hər bir klubumuza dəstək oluram. İtaliyada oyun çətin olacaq. "Neftçi" o vaxt 2-2 oynayanda son oyun olduğu üçün rəqibdə motivasiya az idi. Bu dəfə əsas futbolçular mübarizə aparacaq. Qoy komandamız istədiyimiz kimi oynasın, nəticəni biz başa düşərik. Axşam həmin oyuna televizorda baxmağa çalışacağam".


Müəllif:

Oxşar xəbərlər