"Atletik"in futbolçusu Aritz Aduriz karyerasını başa vurub.
Teleqraf.com xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, səhhətindəki problemlər səbəbindən bu addımı atıb.
Qeyd edək ki, 39 yaşlı hücumçu Bilbao təmsilçisində 21-ci əsrin ən yaxşı bombardiridir. İspan oyunçu 407 matçda 172 qol vurub.