27 May 2020 21:50
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futzal üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Polşa-Azərbaycan oyununun yeni tarixi açıqlanıb.

Teleqraf.com-un AFFA-nın saytına istinadən məlumatına görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış görüş UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək.

Qarşılaşma aprelin 9-da olmalı idi.

Həmçinin iyunun 5-nə planlaşdırılan Çexiya-Azərbaycan oyununun isə oktyabrın 27-də oynanılmasına qərar verilib.

Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com