İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştiano Ronaldo "Forbes"in son reytinqinə görə, dünyanın ən çox qazanan futbolçusu olub.
Teleqraf.com xəbər verir ki, 35 yaşlı portuqaliyalı son bir il ərzində 105 milyon dollar qazanıb. Bu məbləğin 60 milyonunu maaş və mükafatlar, 45 milyonunu isə reklam gəlirləri təşkil edib. Ronaldo ən çox qazanan idmançıların reytinqində isə təkcə tennisçi Rocer Federerdən geri qalaraq ikinci olub.
Ən çox qazanan futbolçuların siyahısında Lionel Messi ("Barselona", 104 milyon) 2-ci, Neymar (PSJ, 95,5 milyon) 3-cü olub.