"Çelsi"nin futbolçusu Tibo Kurtua sağalıb.
Qol.Az-ın xəbərinə görə, bu barədə London klubunun saytı məlumat yayıb.
İngiltərə Premyer Liqasında "Arsenal"la matçda qulağından qan açılan gənc qolkiper müalicə aldığı xəstəxanadan artıq çıxıb.
T.Kurtua Belçika millisi ilə "Avro-2016"nın seçmə mərhələsinə Andorra və Bosniya və Hersoqovina ilə görüşlərdə oynaya biləcək.
Qeyd edək ki, "Çelsi" - "Arsenal" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.