Tanınmış tennisçi Mariya Şarapovanın köhnə sevgilisi döyülüb.
ANS PRESS-in məlumatına görə, Bolqarıstandan olan tennisçi Qriqor Dmitrov Çində keçirilən ATP seriyalı “Shanghai Masters” tennis turnirində iştirak edib.
Qələbəyə namizəd tennisçilərdən olan Qriqorun başına arzuolunmaz hadisə gəlib.
Belə ki, tennisçisi turnir zamanı fanatlarının birindən zərbə alıb.
Bu barədə öz rəsmi Twitter hesabından foto paylaşan idmançı fanatlarından ehtiyatlı olmağı xahiş edib: "Əlbəttə, mən azarkeşlərimi sevirəm. Amma, gələn dəfə məni vurmayın".