27 İyun 08:25
413

"Yuventus"un 35 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının 29-cu turunda "Leççe" ilə oyunda növbəti nailiyyət əldə edib.

Teleqraf.com xəbər verir ki, "Leççe" İtaliyada Kriştianu Ronaldunun qapısına yol açdığı 20-ci komanda olub. Beləliklə, İtaliyada portuqaliyalı hücumçunun qol vurmadığı yalnız bircə komanda qalıb. Bu, Verona "Kyevo"sudur.

Portuqaliyalı 2018/2019-cu illər mövsümündə Verona klubu ilə ev oyununda da bu şansa malik olub, ancaq Ronaldu penaltini dəqiq yerinə yetirə bilməyib.

Xatırladaq ki, Ronaldu "Leççe" ilə oyunun 62-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı turinlilərin xeyrinə 2:0 edib.

Portualiyalı cari mövsümdə bütün yarışlarda "Yuventus"un heyətində 35 görüşdə iştirak edərək 26 qol vurub, habelə 4 məhsuldar ötürmə edib.


Müəllif: Teleqraf.com