28 İyun 2020 14:56
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sabah” komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçısı Nicat Mehbalıyevlə 3 illik müqavilə bağlanılıb.

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” klublarında çıxış edib.

Qeyd edək ki, “Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər