30 İyul 2020 19:33
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi" baş məşqçisi Füzuli Məmmədovla yeni müqavilə bağlayıb.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Müşahidə Şurasının bu gün onlayn şəkildə keçirilmiş iclasında Məmmədovun baş məşqçi postuna namizədliyi təsdiqlənib. Mütəxəssisin daha 2 il əsas komandanı çalışdırması haqqında qərar verilib.

Qeyd edək ki, 2018-ci ildə baş məşqçinin köməkçisi vəzifəsinə təyin olunmuş Füzuli Məmmədov 2020-ci ilin yanvarından baş məşqçi səlahiyyətlərini yerinə yetirir. Komanda onun rəhbərliyi altında ötən mövsümü 2-ci pillədə başa vuraraq gümüş medal qazanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər