8 Avqust 00:39
303

"Bunu yalnız mən demirəm, Messi özü də karyerasını "Barselona"da bitirmək istədiyini söyləyib".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Barselona"nın prezidenti Xosep Bartomeu deyib. O, L.Messinin Kataloniya klubunda qalmaq istədiyini bildirib:

"Heç şübhə etmirəm ki, o, 3-4 il sonra futbolçu karyerasını bitirəndə "Barselona"da olacaq. O, uşaqlıqdan bəri buradadır. Messi "Barselona"nın tarixinin bir hissəsi, ən yaxşı oyunçusudur. Messi "Barselona"dadır və burada qalmaq istəyir".


Müəllif: Teleqraf.com