17 Avqust 2020 08:25
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüşü keçiriləcək.

Teleqraf.com-um məlumatına görə, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliya "İnter"i ilə Ukrayna "Şaxtyor"u qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı referi Şimon Martsinyak idarə edəcək.

Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniya "Sevilya"sı ilə üz-üzə gələcək. "Sevilya" yarımfinalda İngiltərə "Mançester Yunayted"ini üstələyib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Kölndə olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər