Almaniyada - "Ertsgebirge"də çıxış edən Dmitri Nazarov Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyunlarında iştirakdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə 30 yaşlı hücumçu "sueddeutsche" nəşrinə məlumat verib.
O, koronavirus pandemiyası səbəbindən bu addımı atdığını vurğulayıb. Nazarov dəvət aldığını, lakin Bakıya gəlməyəcəyini söyləyib:
"Koronavirusa yoluxmalar çoxdur və təhlükəsizlik birinci yerdədir. Azərbaycan risk zonasındadır, uçuşlar o qədər də asan deyil. Bu səbəbdən, millinin məşqçisi ilə danışdıqdan sonra evdə qalmağa qərar verdim".
Nazarov oktyabrdakı beynəlxalq matçlar üçün milliyə qayıtmaq ehtimalı barədə bunları deyib: "Vəziyyət bir az sakitləşsə, geri qayıda bilərəm".