13 Sentyabr 2020 16:24
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi-2”nin məşqçilər korpusuna yeni təyinat olub.

Teleqraf.com xəbər verir ki, Elşən Poladov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. 40 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, Poladov "Xəzər” (Sumqayıt), "Kimyaçı” (Sumqayıt), OİK (Bakı), "Şəfa” (Bakı), "Dinamo” (Bakı), "Bakı”, "Turan” (Tovuz), "Şəmkir”, "Olimpik” (Bakı), "Kəpəz” (Gəncə), "İnter” (Bakı) klublarında oynayıb. "Bakı” və "İnter”lə Azərbaycan çempionu, "Şəfa” və "Bakı” ilə ölkə kubokunun qalibi olub.

O, 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. "Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.


Müəllif: Teleqraf.com