Türkiyədə daha 6 futbol hakiminin koronavirus testi müsbət çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Məlumata görə, hakimlərdən 4-ü əsas, 2-si isə yan xətt referiləridir.
Onlar karantinə alınıb və 14 gün müddətinə təcrid olunublar.