21 Sentyabr 2020 19:13
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya "Sportinq"i sabiq futbolçusu Kriştianu Ronaldonun adını əbədiləşdirib.

Teleqraf.com xəbər verir ki, hazırda İtaliya "Yuventus"unda çıxış edən 35 yaşlı hücumçunun adı Lissabon təmsilçisinin akademiyasına verilib.

Klubun yaydığı məlumatda bildirilib: "Oğul doğma evi təcəssüm etdirir. İndi "Sportinq"in akademiyası bütün zamanlarda Portuqaliya futbolunun ən yaxşısı, 5 dəfə "Qızıl top" mükafatına layiq görülmüş dünyanın ən güclü futbolçusunun adını daşıyır. Akademiya klubun ən böyük məzununun adını əbədiləşdirəcək və bu, bütün gənc istedadlar üçün ilham olacaq".

Qeyd edək ki, Kriştianu Ronaldo "Sportinq"ə 1997-ci ildə 12 yaşında qoşulub. O, 2002-ci ildə 17 yaşı olarkən əsas komandada debüt edib.


Müəllif: Teleqraf.com