16 Oktyabr 2014 06:27
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 27-dən 29-dək Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə həsr olunmuş növbəti açıq Respublika turniri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Dünya Güləş Birliyinin qaydalarına əsasən, yarışlarda güləşçilər 10 çəki dərəcəsinində mübarizə aparacaqlar. Turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə keçirilən seçim xarakterli zona yarışları artıq başa çatıb.

Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq, Helsinki Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyovun xatirəsinə açıq Respublika turnirində iştirak hüququ əldə ediblər. Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndəlikləri üzrə keçirilən seçim yarışlarında, ümumilikdə, sərbəst güləş üzrə 706, yunan-Roma güləşi üzrə 449 yeniyetmə güləşçi mübarizə aparıb.

Rəşid Məmmədbəyovun xatirəsinə açıq Respublika turnirinin final mərhələsində, bütövlükdə, AGF-nin 8 nümayəndəliyini təmsil edən seçilmiş 150 sərbəst və 145 yunan-Roma güləşçisi iştirak edəcək.


Müəllif:

Oxşar xəbərlər