25 Oktyabr 01:23
503

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş keçirilib.

Teleqraf.com xəbər verir ki, döyüş Həbib Nurməhəmmədovun qələbəsi ilə yekunlaşıb.

Rusiya döyüşçüsü bununla yüngül çəkidə UFC çempionu titulunu qoruyub.

Döyüşdən sonra Həbib Nurməhəmmədov karyerasının başa vurduğunu açıqlayıb. O, anasına söz verdiyi üçün bu qərarı verdiyini söyləyib: "Anam atam olmadan döyüşməyimi istəmədi. Bunun son döyüşüm olacağına söz verdim”.

Xatırladaq ki, idmançının atası Abdulmanap Nurməhəmmədov iyulda koronavirusdan vəfat edib.


Müəllif: Teleqraf.com