Fransa Liqa 1-də IX turun "Marsel" - "Lans" görüşü təxirə salınıb.
Teleqraf.com-un məlumatına görə, buna qonaq komanda futbolçularının koronavirusa kütləvi yoluxmaları səbəb olub.
Matç oktyabrın 30-da keçirilməli idi.
Qeyd edək ki, 8 turdan sonra 4-cü yerdə gedən "Marsel" şərikli liderlər PSJ və "Lill"in 3 xal gerisindədir. "Lans" isə 7-ci pillədə qərarlaşıb.