16 Noyabr 2020 19:26
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın FIFA referisi Rauf Cabbarov UEFA-dan təyinat alıb.

Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Ukrayna-Şimali İrlandiya qarşılaşmasında iş başında olacaq.

Cabbarova Elşad Abdullayev və PərvinTalıbov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma noyabrın 17-də keçiriləcək.


Müəllif: Teleqraf.com