22 Noyabr 2020 00:40
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi futbolçuların COVID-19 testindən yenidən keçirilməsinə ehtiyac yarandığı üçün təxirə salınmış "Sabah" - "Səbail" oyununun vaxtı bəlli olub.

Teleqraf.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, görüş noyabrın 23-də keçiriləcək. "Bank Respublika Arena"dakı qarşılaşma saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Səbail"in 4 futbolçusunda koronavirus testinin nəticəsi müsbət çıxdığı üçün bu günə nəzərdə tutulan oyunun təxirə salınmasına qərar verilmişdi.


Müəllif: Teleqraf.com