20 Oktyabr 2014 01:11
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının oktyabrın 25-dən noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində təlim-məşq toplanışı keçiriləcək.

AFFA-dan Teleqraf.com-a verilən məlumata görə, hazırlıq prosesi çərçivəsində millimiz BƏƏ, Rusiya və Macaristan yığma komandaları ilə yoldaşlıq oyunları keçirəcək.

Toplanışa Zeynal Zeynalov, Orxan Məmmədov, Vaqif Şirinbəyov, Elçin Qasımov, Hikmət Bağırov, Emin Kürdov, Asif Zeynalov, Davud Kərimi, Elvin Quliyev, Amid Nəzərov, Renat Sultanov, Comərd Baxşəliyev, Sabir Allahquliyev, Ramil Əliyev və Namiq İsgəndərov dəvət olunublar.


Müəllif:

Oxşar xəbərlər