4 May 2014 13:53
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bədii gimnastika yığmasının üzvləri mayın 7-də Bakıda yoxlama məşqinə çıxacaqlar.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan Gimnastika Federasiyası və milli komandanın məşqçi heyəti məşqləri açıq elan edir və idmansevərləri Avropa çempionatının gələcək arenasına gəlməyə dəvət edir.

Həmçinin Marina Durunda və Gülsüm Şəfizadə, Jalə Piriyeva və Züleyxa İsmayılovanın, eləcə də qrup komandası və digər gimnastların iyunda Avropa birinciliyində göstərəcəyi proqramı birinci Siz görəcəksiniz.

Vaxt - 15:30

Yer - Milli Gimnastika Arenası

Ünvan - Heydər Əliyev prospekti, 108

Gediş - "Koroğlu" metrostansiyası


Müəllif: