30 Noyabr 2020 18:52
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.

Teleqraf.com-un məlumatına görə, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib.

Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının XI turunda bu gün keçirilmiş "Sumqayıt"la səfər matçını (1:0) stadiondan izləyə bilməyib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri, general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər