4 Yanvar 00:43

İspaniya Futbol Çempionatının 17-ci turunda "Atletiko" komandası səfərdə "Alaves"i məğlub etdi.

Teleqraf.com-un məlumatına görə, görüş 2:1 hesabı ilə başa çatıb.

Qolları Markus Lyorente (41-ci dəqiqə) və Luis Suares (90) vurublar. Matçın 84-cü dəqiqəsində "Atletiko" nun müdafiəçisi Felipe topu öz qapısına göndərdi.

"Alaves" in müdafiəçisi Victor Laquardiya 63-cü dəqiqədə qırmızı vərəqə aldı.


Müəllif: Teleqraf.com