17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın “Klermon” klubuna keçib.
Teleqraf.com xəbər verir ki, 18 yaşlı qapıçı yeni klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, gənc qolkiperin ilk peşəkar sözləşməsidir.
Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi. Müqavilə bağlamaqla o, “Klermon”un ikinci və U-19 komandasında forma geyinmə fürsəti qazanıb.
Qeyd edək ki, Eldar Tağızadə Azərbaycanda “Neftçi”nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada “Fundacion Marcet” futbol akademiyasında oynayıb.