17 Yanvar 08:38

“Yuventus” heyətinə yeni futbolçu qatmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, Turin təmsilçisi “Dallas”ın (ABŞ) oyunçusu Brayan Reynoldsu transfer etmək istəyir.

Lakin 19 yaşlı müdafiəçi ilə maraqlananlar sırasında “Roma” və “Brügge”də olduğu üçün “Dallas” onun taleyinə gələn həftə qərar verəcək.

Həmçinin klubun amerikalı oyunçu üçün 8 milyon avro tələb etdiyi bildirilir.


Müəllif: Teleqraf.com