"Qəbələ" komandasının iki futbolçusu Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ"a qarşı keçirilən cavab görüşündə zədələnib.
Teleqraf.com xəbər verir ki, meydan sahiblərinin heyətində müdafiəçi Vinko Medimoreç və qapıçı Anar Nəzirov ilk hissənin sonlarında xəsarət alıb.
Medimoreçin yerinə Yurqen Roxa, Nəzirovun yerinə isə Tərlan Əhmədli oyuna daxil olub. Anar Nəzirov ilk hissənin sonunda rəqibin yarımmüdafiəçisi Abdullah Zubirlə toqquşub və penaltiyə səbəb olub.
Qeyd edək ki, qarşılaşmada ikinci hissə oynanılır və "Qarabağ" 3:0 hesabı ilə öndədir. Ağdam təmsilçisi ilk görüşdə rəqibini 3:1 hesabı ilə üstələyib.