"Sabah" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra insident yaşanıb.
Teleqraf.com-un məlumatına görə, matç başa çatdıqdan sonra futbolçular və məşqçilər heyəti arasında mübahisə yaranıb.
Futbolçular bir-birinə hücum çəkib. Sonradan onları sakitəşdirmək mümkün olub. Hadisənin dəqiq səbəbi bəlli deyil.
Qeyd edək ki, qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. "Sabah"ın 3 futbolçusu oyunda qırmızı vərəqə ilə cəzalanıb.