İngiltərə Futbol Assosiasiyası (FA) Avropa Super Liqasının yaradılması və altı yerli klubun turnirdə mümkün iştirakı ilə bağlı araşdırmalara başlayıb.
Teleqraf.com qurumun rəsmi saytına istinadən xəbər verir ki, artıq bununla bağlı "Liverpul", "Arsenal", "Mançester Yunayted", "Tottenhem", "Mançester Siti" və "Çelsi" komandalarına müvafiq məlumat verilib.
Bildirilib ki, lazimi dəlillər toplandıqdan sonra növbəti addımlar müzakirə ediləcək.
Qeyd edək ki, Avropa Super Liqası layihəsi özündə qitənin 20 ən yaxşı komandasının oynayacağı vahid liqanı nəzərdə tutub. Superliqada iştiraklarını İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Real Madrid", "Barselona" və "Atletiko", İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubları təsdiqləyib. Lakin futbol federasiyaları və milli assosiasiyaların bir sıra çağırışları, habelə UEFA və FIFA-nın sanksiya hədələrindən sonra klublar bir-birinin ardınca turnirdən imtina etməyə başlayıblar. Hazırda yalnız "Barselona", "Real Madrid" və "Yuventus" Superliqada qaldığını açıqlayıb.