6 May 2021 00:42
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Qalatasaray" klubunda mayın 22-nə nəzərdə tutulan növbədənkənar prezident seçkiləri ləğv olunub.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, buna koronavirus pandemiyası ilə bağlı ölkədə tətbiq edilən sərt karantin rejimi səbəb olub.

Seçicilərin problemlə üzləşə biləcəyini nəzərə alan klub seçkilərin yeni vaxtının yaxın günlərdə açıqlanacağını bildirib.

Qeyd edək ki, hələ ötən ilin dekabrında keçirilməli olan prezident seçkiləri eyni səbəbdən təxirə salınmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər