16 İyun 17:04
268

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, təmsilçimiz “Qarabağ” bu mərhələdə İsrailin "Aşdod" klubu ilə üz-üzə gələcək. Ağdam klubu ilk oyununu evdə keçirəcək

"Sumqayıt" Serbiyanın "Çukariçki", "Keşlə" isə Rusiyanın "Soçi" klubu ilə qarşılaşacaq. Hər iki komanda ilk oyunlarını səfərdə keçirəcək.

"Neftçi"nin də Konfrans Liqasındakı potensial rəqibi bəlli olub. "Ağ-qaralar" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) klubuna uduzsa, "Makkabi" (Hayfa, İsrail) / “Kayrat” (Qazaxıstan) cütündə məğlub olan komanda ilə üz-üzə gələcək. Bu, baş versə, "Neftçi" ilk oyunu Bakıda keçiricək.

Qeyd edək ki, 2-ci təsnifat mərhələsində ilk oyunlar iyulun 22-də, cavab matçları isə iyulun 29-da keçiriləcək.


Müəllif: Teleqraf.com