İspaniyanın "Barselona" və "Atletiko" komandaları ulduz futbolçularını dəyişdirməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, söhbət Kataloniya təmsilçisinin hücumçusu Antuan Qrizmann və Madrid klubunun yarımmüdafiəçisi Saul Nyigesdən gedir.
İspaniyalı mərkəz yarımmüdafiəçisinin adı İngiltərə "Liverpul"u ilə hallansa da, son məlumata görə, La Liqa təmsilçiləri öz aralarında dəyişiklik variantını müzakirə edirlər.