"Tottenhem"in futbolçusu Harri Keyn klubdan ayrılmağa qərar verib.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. 28 yaşlı hücumçu artıq komandanın məşqlərinə qatılmamağı planlaşdırır. Bildirilir ki, Keyn "Mançester Siti"yə keçmək istəyir. O, "şəhərlilər"ə transfer olunmaq üçün bütün şanslarından istifadə edəcək.
Qeyd edək ki, Keyn başa çatan mövsüm Premyer Liqada 35 matçda 23 qol vurub və 14 qolun ötürməsini verib.