Bu gün Avropa Liqasının qrup mərhələsində IV turun oyunlarına start veriləcək.
Turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxacaq.
Ağdam təmsilçisi doğma meydanda Ukraynanın "Dnepr" klubunu qəbul edəcək. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası öz meydanında da eyni uğuru təkrarlamağa çalışacaq. "Qarabağ" bu oyunda qələbə qazancağı təqdirdə ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.
6 noyabr
Avropa Liqasının qrup mərhələsi, IV tur
21:00. "Qarabağ" (Azərbaycan) - "Dnepr" (Ukrayna)
Hakimlər: Pavel Gil, Pyotr Sadçuk, Marçin Borkovski və Konrad Sapela (hamısı Polşadandır)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
qol.az