21 İyul 2021 23:57
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sumqayıt” 2021/22 mövsümünə start verib.

Teleqraf.com xəbər verir ki, Premyer Liqanın bürünc mükafatçısı Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib.

Ayxan Abbasovun yetirmələri Serbiyada “Çukariçki” ilə qarşılaşıb. Görüş qarşılıqlı hücumlarla keçsə də, meydan sahibləri cüzi ərazi üstünlüyünə malik olub.

Lakin tərəflərdən heç biri yaradılan imkanlardan istifadə edə bilməyib. Qolsuz sülhlə ayrılan rəqiblər cütün taleyinə cavab görüşündə aydınlıq gətirəcək.

Bununla da Azərbaycan klublarının Konfrans Liqasında debütü heç-heçə ilə əlamətdar olub. “Sumqayıt” isə özünün ilk avrokubok səfərində sülhə imza atıb. Bu, klub tarixinə qitə miqyaslı turnirlərdəki ilk xal kimi düşüb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
21 iyul
22:00. “Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0
Baş hakim:
Urs Şnider (İsveçrə)
“Çukariçki”: 12. Derde Petroviç, 6. Miladin Stevanoviç, 19. Strahinya Tanasiyeviç, 65. Stefan Şapiç, 86. Boyan Roqanoviç, 5. Marko Dociç, 22. Srcan Miyailoviç, 27. Milan Saviç, 70. Aleksa Yankoviç, 77. Stefan Kovaç, 9. Corce Yovanoviç
Ehtiyat oyunçular: 1. Nemanya Beliç, 35. Novak Miçoviç, 2. Viktor Roqan, 3. Nemanya Tosiç, 11. Norman Kampbell, 7. Marko Rakonyaç, 20. Asmir Kayeviç, 23. Stefan Koloviç, 26. Uroş Drezgiç, 17. Boyika Nikceviç, 80. Nikola Koliç, 88. Yovan Lukiç
Məşqçi: Pavle Delibaşiç

“Sumqayıt”: 13. Aydin Bayramov, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 74. Yusif Nəbiyev, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 6. Vüqar Mustafayev, 17. Murad Xaçayev, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 8. Səbuhi Abdullazadə, 19. Xəzər Mahmudov 20. Roman Hüseynov, 33. Eltun Turabov, 37. Nicat Əliyev, 60. Elvin Məmmədov
Baş məşqçi: Ayxan Abbasov
Belqrad. “Çukariçki” stadionu


Müəllif: Teleqraf.com