30 İyul 22:36
216

Avqustun 1-də Olimpiadada güləş yarışlarına start veriləcək.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, iyunun 28-dən Tokiodakı Atletlər Kəndində məskunlaşan hər 3 güləş növü üzrə millilərimiz həmin məkanda güləş üçün ayrılmış zalda məşqlərə başlayıb. Bu gün yerli vaxtla saat 11:00-da Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək 7 güləşçi məşqçilərin nəzarəti altında hazırlıq prosesinə start verib.

Xatırladaq ki, güləşçilərimiz mübarizəyə avqustun 2-də start verəcək. Həmin gün Rafiq Hüseynov (77 kq) və Elis Manalova (68 kq) xalça üzərinə çıxacaq. Ertəsi gün İslam Abbasov (87 kq), avqustun 5-də Turan Bayramov (74 kq), ayın 6-da isə Hacı Əliyev (65 kq), Şərif Şərifov (97 kq) və Mariya Stadnik (50 kq) mübarizəyə qoşulacaq. Olimpiada "İdman" TV vasitəsilə canlı yayımlanır.


Müəllif: Teleqraf.com