7 Avqust 2021 19:45
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Final görüşü üçün hər şeyi dəqiq planlaşdırmışdım. Rəqibimin fiziki cəhətdən zəif olduğunu bilirdim və bunu döşəkdə hiss edirdim. Görüş ərzində 5-6 dəfə ayağıma girmək istədi. Amma yaxşı müdafiə olundum və ayağımı vermədim. Lakin son saniyələrdə ayağıma girdi və bu da qarşılaşmanın taleyini həll etdi.

Teleqraf.com xəbər verir ki, bunu “Tokio-2020” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı sərbəst güləşçimiz Hacı Əliyev (65 kq) deyib.

Olimpiya mükafatçısı bildirib: “Rəqib səbəbsiz yerə görüşü saxlamağa çalışırdı. Guya zədələnib. Tez-tez görüşü saxlayır və güləş qaydalarına zidd hərəkətlər edir, başla vurur, cırmaq atırdı. Qızıl medal üçün ciddi hazırlaşmışdım, çox əziyyət çəkmişdim. Demək ki, qismətimizdə bu, var imiş”.

Hakimlərin düzgün qərarlar verdiyini bildirən H.Əliyev deyib: “Mən istəmərəm ki, ədalətsiz danışım. Rəqib axıra yaxın qaçırdı və bir xal fərqi ilə məğlub oldum. Əlimdən gələni etdim. Neçə illərdir ki, mənə güləşdə verilən tapşırığı layiqincə yerinə yetirdim. Bəlkə də bu, mənim üçün sonuncu Olimpiadadır. Təəssüflənmirəm, çünki medal qazana bilməyən idmançılarımız da oldu”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər