17 Avqust 2021 20:12
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatında ilk medal günü başa çatıb.

Teleqraf.com xəbər verir ki, sərbəst güləşçilərin mübarizə apardığı həlledici görüşlərdə Azərbaycan millisinin 4 idmançısı qüvvəsini sınayıb.

Onlar ilk gündə qələbə qazansalar da, uğurlarını sona qədər qoruya bilməyiblər. 3 güləşçimiz finalda uduzub. Digər 1 idmançımız isə bürünc medal uğrunda görüşdə məğlub olub.

57 kq-da 3-cü yer uğrunda qarşılaşmaya çıxan Nurəddin Novruzov Assiljan Yessengeldiya (Qazaxıstan) 6:12 hesabı ilə uduzaraq 5-ci yerlə kifayətlənib.

Zirəddin Bayramov (65 kq) final qarşılaşmasında Şamil Məmmədovla (Rusiya) üz-üzə gəlib. Rəqib 4:1 hesabı ilə qələbə qazandığından idmançımız ikinci yeri tutub.

70 kq çəkidə gücünü yoxlayan Cəbrayıl Hacıyev qızıl medal üçün İrfan Elahini (İran) sınağa çəkib. Görüş həmyerlimiz üçün uğursuz alınıb. Elahi 6:5 hesabı ilə qalib gəldiyindən Hacıyev gümüş medalla kifayətlənib.

Əşrəf Aşırovun (79 kq) finaldakı rəqibi İran güləşçisi olub. Məhəmməd Noxodilarimi (İran) ilə qarşılaşan təmsilçimiz də xalçadan məğlub ayrılıb – 5:7.

Beləliklə, güləşçilərimiz günü 3 gümüş medalla bitiriblər.

Qeyd edək ki, sabah keçiriləcək medal görüşlərində daha 4 güləşçimiz 3-cü yer uğrunda yarışacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər