30 Avqust 2021 08:25
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın atletika idman növü üzrə idmançısı Səid Nəcəfzadə Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.

Bu barədə Teleqraf.com Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir.

Səid Nəcəfzadə (T12 - uzunluğa tullama) növü üzrə 7.03 metr nəticə göstərərək bürünc medal qazanıb.

Atletika idman növü üzrə digər idmançımız Kamil Əliyev ( T12 - uzunluğa tullanma) növü üzrə 6.89 metr nəticə göstərərək, yarışı 5-ci yerdə tamamlayıb.

Azərbaycanın atletika idman növü üzrə digər idmançısı Oloxan Musayev ( F55 - disk atma) növü üzrə 37.92 metr nəticə göstərərək, yarışı 7-ci pillədə başa vurub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər