Futbol üzrə Türkiyə Super Liqasının 2021/2022 mövsümündə 5-ci baş məşqçi istefası gerçəkləşib.
Teleqraf.com xəbər verir ki, "Alanyaspor" komandası Çağdaş Atanla yollarını ayırıb. Məlumatı klubun rəsmi saytı yayıb.
41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Türkiyə çempionatında daha əvvəl "Kasımpaşa", "Kayserispor", "Adana Demirspor" və "Göztepe" baş məşqçiləri ilə vidalaşıb.