30 Sentyabr 2021 08:38
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Pekin-2022" Qış Olimpiya Oyunları çərçivəsində yarışlara bilətləri yalnız Çinin qitə hissəsinin sakinləri ala biləcəklər.

Teleqraf.com-un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin saytında bildirilir.

Məlumata əsasən, ölkə hakimiyyəti yarışlara xarici azarkeşləri buraxmamaq qərarına gəlib. Yarışlara baxmaq istəyən idmansevərlər koronavirusa qarşı protokolların tələblərinə cavab verməli olacaqlar. Protokolların ətraflı müddəaları daha sonra formalaşdırılacaq.

Qeyd edək ki, "Pekin-2022" Qış Olimpiya Oyunları 4-20 fevral tarixlərində keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər