13 Noyabr 2014 19:38
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-2015 Avropa Oyunlarının Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarına hazırlıqla bağlı təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Mingəçevir Politexnik İnstitutunda keçirilən tədbirdə şəhər Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək bildirib ki, Bakı ilə yanaşı Mingəçevir də Avropa Oyunlarına ev sahibliyi edəcək.

Avropa oyunlarının bütün Azərbaycana fayda gətirəcəyini deyən K. Nəcəfli qeyd edib ki, Mingəçevir şəhərini dünya səviyyəli idman məkanı kimi tanıtmağa kömək edəcək yerli könüllülərin olması vacibdir: “Bu işə Mingəçevirdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində təhsil alan tələbələrin cəlb edilməsi nəzərdə tutulur”. İdarə rəisi mingəçevirli gənclərin hər bir sahədə uğur qazandığını və bu könüllülük işində də onların öz fəallıqları ilə seçiləcəklərinə əminliyini bildirib.

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari isə Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Kompleksinin avarçəkmə mərkəzinin yüksək keyfiyyətli bir idman obyekti olduğunu bildirib. Beynəlxalq standartlar əsasında inşa edilən bu idman kompleksinin region, eyni zamanda bütün ölkə üçün uzun müddət fayda verəcəyini bildirən U. Lui-Mari qeyd edib ki, yarışlara 12 min könüllü, o cümlədən Mingəçevirdən 300 nəfər könüllü cəlb ediləcək.


Müəllif:

Oxşar xəbərlər