Təhsil İdman Mərkəzinin “Gəncə” komandası U-11 Liqasından kənarlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə qərarı AFFA verib.
Qurumun İntizam Komitəsi komanda çempionatın təqvim oyununa üzrlü səbəb olmadan üçüncü dəfə gəlmədiyi üçün Gəncə təmsilçisini yarışdan xaric edib. “Təbriz” TİM-lə görüşdə təyin olunan vaxtda oyuna gəlməyən komanda 3-cü dəfə buna yol verib.
Bu görüşdə TİM “Gəncə”yə 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərara alınıb. Komanda çempionatın oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.