Türkiyə Super Liqasında XVII tura yekun vurulub.
Teleqraf.com-un məlumatına görə, turun son matçında “Fənərbaxça” “Beşiktaş”ı qəbul edib.
Bu, 2021-ci ilin son derbisi olub. Əzəli rəqiblərin 353-cü dueli məhsuldar alınıb. 14-cü dəqiqədə “Fənərbaxça”nın ulduz futbolçusu Mesut Özil penaltidən hesabı açıb. 11 dəqiqə sonra Jozef de Souza sabiq komandasını cəzalandıraraq status-kvonu bərpa edib. Lakin Merqim Berişa yarım saatın tamamında ev sahiblərini yenidən önə keçirib.