“İçərişəhər” klubunun komandası tələbələr arasında intellektual oyunlar üzrə X Avropa Kuboku yarışlarında bürünc mükafat qazanıb.
Azərbaycan İntellektual Klublar Assosiasiyasının mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, yarışlar noyabrın 14-dən 16-dək Rusiyanın Peterqof şəhərində keçirilib.