13 Fevral 2022 10:13
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarının iştirakçıları arasında daha 3 koronavirusa yoluxma halı aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Olimpiya Oyunlarının Təşkilat Komitəsi bildirib.

Qeyd olunub ki, ötən gün Pekinə 136 nəfər, o cümlədən 81 idmançı gəlib. Keçirilən PZR testləri nəticəsində 2-si idmançı olmaqla 3 nəfərdə koronavirus aşkar edilib.

Qeyd edək ki, 24-cü Qış Olimpiya Oyunları Pekində fevralın 4-dən 20-dək keçirilir.


Müəllif: Teleqraf.com