13 Fevral 2022 20:39
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Sautgempton"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçında komanda yoldaşı Entoni Elanqaya tüpürüb.

Teleqraf.com xəbər verir ki, hadisə final fitindən sonra baş verib. Portuqaliyalı hücumçunun bu hərəkəti bilərəkdən etmədiyi iddia olunub.

Qeyd edək ki, Kriştianu Ronaldu 6 oyundur qol vura bilmir. 37 yaşlı forvard bu mövsüm ölkə çempionatında 20 qarşılaşmada 8 dəfə fərqlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər