"Mançester Yunayted" futbol komandasının və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Ukraynada davam edən müharibə ilə bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, futbolçu bu barədə instaqram hesabında yazıb.
“Biz uşaqlarımız üçün daha yaxşı bir dünya yaratmalıyıq. Dünyamızda sülh üçün dua edirəm”, - Ronaldu sosial şəbəkə hesabında qeyd edib.
Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada hərbi əməliyyatlara başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib.