Xorvatiya çempionatında 26-ci turun oyunları davam edir.
Teleqraf.com xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su doğma meydanda “Şibenik”i sınağa çəkib və 3:0 hesabı ilə qalib gəlib.
Millimizin üzvü sözügedən görüş üçün start heyətdə yer alıb. Onun ilk hissədə vurduğu zərbə dirəyə dəyib. Mahir 59-cu dəqiqədə Komnen Andriçlə əvəzlənib.