Məşqçi kareyram daha uğurlu olub.
Teleqraf.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsi çərçivəsində idman ictimaiyyəti ilə görüşündə deyib.
Onun sözlərinə görə, futbolçu kimi karyerası geniş olmayıb: "Baxmayaraq ki, üzdə olan futbolçular sırasındayam. Amma yerli futbolumuzda məndən daha məşhur futbolçular olub. Düşünürəm ki, məşqçi karyeram daha maraqlı alınıb".
Qurban Qurbanov milli komandada nə zamansa məşqçi olmaq sualını cavablandırıb: "İstəyirəm ki, bütün gücümü Azərbaycan futboluna verim. Amma hazırda "Qarabağ"dan başqa klubda, başqa yerdə çalışmaq istəmirəm. "Qarabağ" mənim üçün hər şeydir".
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov özündən sonra klubda gördüyü baş məşqçi sualını da cavablandırıb:
"Mən komandadan ayrılsam, rahat olacam. Komanda rəhbərləri bilirlər bu heyəti kimə əmanət etmək lazımdır. Düşünürəm ki, mən getsəm, komanda etibarlı əllərə veriləcək".